Malkolm Bryus: "Siyasi məhbus məsələsi tam qapanmayıb"

Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." Aprelin 6-da Parisdə Avropa Şurası Parlament Assambleyasının hüquq və qanunçuluq komitəsinin yığıncağı keçirilib. Toplantıda Azərbaycandakı siyasi məhbuslarla bağlı problem müzakirə olunub. Toplantının yekunları barədə Azadlıq radiosuna Şuranın Azərbaycandakı siyasi məhbuslar üzrə mərüzəçisi Malkolm Brüs danışdı, bildirdi ki, komitədə Azərbaycandakı siyasi məhbus probleminin həlli istiqamətində son mühüm inkişaflar qeyd olunub. Lakin problem hələ də qapanmayıb. Yaxın həftələrdə hüquq və qanunçuluq komitəsi Monitorinq komitəsiylə birlikdə hesabat hazırlayacaq . Bu hesabatda Azərbaycanda əldə olunmuş inkişaflar və hələ də qalmaqda olan problemlər əksini etdiriləcək.



Qeyd edək ki, Azərbaycan rəsmiləri prezident İlham Əliyevin son fərmanıyla Azərbaycanda siyasi məhbus probleminə son qoyulduğunu idda eləyirlər. Komitənin son toplantısından sonra iştirak etmiş Azərbaycanlı deputatlar Rəfael Hüseynov, Asim Mollazdaə belə açıqlamalar veriblər. Lakin Malkolm Brüsun məsələnin belə qoyuluşuyla razılaşmır.



Malkolm Brüs:



-Onlar bunu deyə bilməzlər, çünki hələ azadlığa buraxılmayan üç siyasi məhbus var. Komitə hesab edir ki, ekspertlər bu şəxsləri siyasi məhbus kimi tanındıqlarına görə onlar azad olunmalıdılar. Başqa şəxslər də var ki, siyasi məhbus kimi tanınırlar və komitə onların da azad olunmasını görmək istərdi. Qeyd etməliyəm ki, prezident və rəsmi dairələr bu məsələdə fəal iştirak ediblər və məsələnin həll olunması üçün uzaq bir məsafə qət ediblər. Lakin komitə hələ də həll edilməmiş məsələlərə baxılmasını istəyir və məncə bu mövqe hakimiyyət dairələrini təcübləndirməməlidir. Hakimiyyətlə dialoqumuz konstruktiv, konfrantasiya olmadan davam edir. Lakin indi çoxları başqa sahələrdə addımların atılmasını görmək istəyirlər. Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər. Yəni elə vəziyyət olur ki, adamlar ya ədalətsiz məhkəmə qərarlarına görə siyasi məhbusa çevirilir, ya da müxalif baxışlarına görə həbs olunurlar. Mən hesab edirəm ki, insanlar Azərbaycanın açıq, plüralist, müasir və demokratik, siyasi məhbusları olmayan cəmiyyət olduğuna inanmırlar. Son beş ildə siyasi məhbusların uzun siyahısı qısaldılıb. Yenə deyirəm, hakimiyyətlə konstruktiv əlaqələrimiz var, lakin komitəmizin üzvləri var ki, hesab eləyirlər ki, Azərbaycan bu sahədə daha çox iş görməliydi və görməlidir. Mən bunları deməsəydim sizi və höküməti azdırmış olardım.



Britaniya parlamentinin üzvü Malkolm Brüs hesab edir ki, tək əfv fərmanları verməklə Azərbaycanda müstəqil məhkəmi sitemində mövcüd olan problemləri həll eləmək mümkün deyil. Mlkolm Brüs Parisdəki müzakirələrdə bu məsələnin də qaldırıldığını bildirdi.



Malkolm Brüs:



- İclasda monitorinq komitəsinin məruzəçisi Andreas Qross çıxış elədi. O dedi ki, biz adamların ədalətsiz mühakimə olunmasi, hakimiyyətə müxalifətdə dayandıqlarına görə həbsə atılması vəziyyətiylə barışa bilmərik.



Siyasi məhbus probleminin həll olunması istiqamətində irəliləyiş olub. Lakin əgər Azərbaycanda müxalifət üzvləri həbs olunmaqdan qorxmadan sərbəst kompaniya aparmaları üçün şərait yaradılmırsa, ədalətli acıq məhkəmə qurulmursa, mətbuatın azad fəalliyəti üçün şərait yoxdursa, o zaman biz Azərbaycanı Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsində irəliyə apara bil