Gələn il dollar 4500 manat olacaq

Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Azərbaycan Avropa İttifaqına qara kürü ixrac edəcək. Amma bunun üçün kürünün Avropa tələblərinə uyğun olduğu haqda xüsusi standartlaşma kodları alınmalıdır. İnterfaks agentliyinin məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin İstehlak Mallarının ekspertizası mərkəzi bu sənədləri 2005-ci ilin sonunadək almağı planlaşdırıb. Hazırda Avropa ölkələrinə rəsmi olaraq qara kürü ixrac olunmur. Amma ümumiyyətlə, kürünü xaricə satmaq lisenziyasını əldə edən 3 şirkət var – “Caspian Fish Co.”, “Xəzər Balığı” və “Kaspi” şirkəti.



Azərbaycanda xarici ölkələrdən 3-4 dəfə çox enerji istifadə olunur. “PA Consulting” şirkətinin apardığı yoxlamalar nəticəsində müəyyən olunub ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrə nisbətən enejini daha çox istifadə edir, amma enerji sistemindən istifadə olunma vəziyyəti müasir tələblərdən çox aşağıdır. Azərtac agentliyinin məlumatına görə, “PA Consulting” hazırda Azərbaycanın energetika kompleksinin səmərəli istifadə olunması layihəsi üzrində işləyir.



2005-ci ilin ortalarından neft ixracının artımı manatın məzənnəsinə mənfi təsir edəcək. Hökümətin əlində olan və bu prosesə təsir edə biləcək maliyyə vasitələrinin sayı çox azdır. Mərkəzi Londonda yerləşən “The Economist İntelligence Unit” təşkilatının aprel ayına olan “Bir baxışdan Azərbaycan” adlı hesabatında Dolların məzənnəsinin bu il və 2006-cı ildə getdikcə aşağı düşəcəyini yazılıb. Misal üçün gələn il dollar indikindən 6.5 faiz ucuz olacaq, yəni təxminən 1 dollar 4500 manat. Amma neftin qiyməti yalnız məzənnəyə yox, dövlət büdcəsinə də təsir edəcək. “The Economist İntelligence Unit” büdcə gəlirlərinin üçdə birindən çox hissəsinin neft gəlirlərindən ibarət olduğunu qeyd edir, buna görə də BTC-nin işə düşməsi büdcə kəsirinin azalmasına səbəb olacaq, bu da öz növbəsində qeyri-neft sahələrinin inkişafına mənfi təsir göstərəcək. Digər tərəfdən, hesabatda Azərbaycandakı siyasi vəziyyət də açıqlanır. “The Economist İntelligence Unit” Qırğızıstandakı inqilabın, prezident İlham Əliyevə əsəbiləşdirici təsir etməsini, lakin Bişkek hadisələrinin noyabr seçkilərində Azərbaycanda “domino” effekti yaradacağına inanmadığını yazır. Müxalifət liderlərindən görkəmli liderdən biri olduğu bildirilən Əli Kərimli isə hökümətə təzyiq etmək üçün lazımi dəstəyinin olmadığı və İlham Əliyevə üçün əsas təhlükənin hakimiyyət elitasından olması da hesabatda xüsusi qeyd edilib.



Aprelin 11-dəMilli Bankdan aldığımız məlumata görə, 1 dollar 4839, 1 avro 6256, 1 rubl 173 manatdı.