Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” «Ermənistan öz xoşu ilə kompromislərə getməyə hazırdır». «Yeni Azərbaycan» yazır ki, söhbət Dağlıq Qarabağa dair kompromislərdən gedir və bunu Ermənistan prezidenti Robert Koçaryan deyib.
«Azərbaycan inqilab dalğasından kənarda deyil». «Azadlıq» qəzeti yazır ki, KQB generalının oğlu seçkidən sonra küçələrə çıxmış müxalifət fəallarına mane oldu.
«Elmar Hüseynovu onu yaxından tanıyan şəxs qətlə yetirib». «Üç nöqtə» qəzeti yazır ki, 100-ə yaxın şəxsi dindirən istintaq qrupu bu versiya üzərində işləyir.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müzakirə edilə biləcək məsələlərlə bağlı «525-ci qəzet» yazır ki, onlar Qarabağın statusu, təhlükəsizlik koridoru və qaçqınların öz yerlərinə qaytarılmasını müzakirə edəcəklər.
«Exo» qəzeti «Ramsfeldi neft maraqlandırır» məqaləsində yazır ki, ABŞ Xəzərdə hərbi dəniz donanması yaradılmasına 100 milyon dollar vəsait xərcləyəcək.
Bu gün «Azərbaycan» qəzetinin 4000-ci sayı çapdan çıxır. Qəzetdəki «Bir günlük, əbədilik və şərəfli ömür» yazısında indiyə qədərki uğur və problemlərdən bəhs olunur.
«ABŞ-ın Azərbaycanda yeni, idarəolunan demokratiya modeli». «Ayna» qəzeti yazır ki, iqtidar liderlər istisna olmaqla, müxalifətin parlamentdə 19-20 nəfərlə təmsil olunmasına icazə verib.
«Xalq Cəbhəsi» qəzeti yazır ki, jurnalist Elmar Hüseynovun qatilinin miliyyətcə gürcü olmasına dair məlumatlar var.