Lalə Şövkət Hacıyeva: «Biz bir-birimizə alternativ ola bilmərik»

Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” Aprelin 12-də təsis olunduğunu elan edən «Yeni siyasət» blokununun əvvəlki üçlər blokundan (Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birliyi) fərqi ondan ibarətdir ki, bu partiyaların yox, fərdlərin birləşdiyi qurumdur. Ona görə də yeni blokun üzvü Etibar Məmmədov «Yeni siyasət»i əvvəlki bloka alternativ saymağı düzgün hesab etmir.



Cənab Məmmədova görə, belə bir blok yaratmaqda məqsəd Azərbaycanın siyasi sistemində dəyişikliklərə nail olmaqdır.

«Yeni siyasət» blokunun başqa bir üzvü Eldar Namazov isə deyir ki, onlar bütün demokratik, islahatçı qüvvələrlə konsensus yaratmaq və cəmiyyətin qeyri-zorakı müqavimətini təşkil etməklə legitim hakimiyyət formalşadırmaq uğrunda mübarizə aparmaq istəyirlər. Blok avtoritarizmdən demokratiyaya keçid haqqında ictimai saziş də imzalayıb.



«Şərq-Qrəb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, müxalifətdə olsalar da, amma fərqli baxışlara malik, fərqli cəbhələrdə olan bu beş insanın ortaq məxrəcə gəlməsi Azərbaycan siyasətində yeni hadisədir. Yəni Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının yaratdığı üçlər bloku ənənəvi blokdu. İllər boyu tərəfdaşlıq etmiş, eyni mövqedən çıxış etmiş siyasi qüvvələrin blokudur. İki blokun fərqi də elə bundadır.



Vətəndaş Cəmiyyəti Utrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov deyir ki, partiyaların blokundan fərqli olaraq «Yeni siyasət» fərdlərin bloku olduğu üçün həmin şəxlərin təbliği və qeydiyyatdan keçməsi ilə məşğul olacaq.



«Turan» İnofrmasiya Agentliyinin eksperti Zəfər Quliyev isə fərdlərin birləşdiyi blokun yaranmasını maraqlı ideya kimi qəbul edir. Xüsusən də parlament seçkiləri mojaritar qaydada keçiriləcəyi üçün. «Amma seçki saxtalaşdırıldığı halda Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının proseslərə daha çox təsir etmək imkanı olacaq, nəinki fərdlər blokunun».



İndidən bəzi ekspertlər blokların çoxluğunun müxalif qüvvələri parçalayacağını, elektoratı çaşdıracağını iddia edirlər. Məsələn, «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev bu qənaətdədir.



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə «Yeni siyasət» blokundakı şəxslərin də müxalif fikirli olduqlarını xatırladır və ona görə də onların paçralanma yaradacığını düşünmür. Əksinə hesab edir ki, bu müxalif düşərgənin möhkəmlənməsinə gətirə bilər.



«Yeni siyasət» blokunun üzvü Lalə Şövkət Hacıyeva deyir ki, onlar müxalifətə yox, iqtidara alternativdirlər. «Biz bir-birimizə alternativ ola bilmərik. Ona görə parçalanmadan söz gedə bilməz». Lalə Şövkət Hacıyeva hətta hansısa mərhələdə üçlər bloku ilə birləşə biləcəklərini deyir.



Ərəstun Oruclu hər birinin öz elektoratı olan, siyasi təcrübəyə malik bu yeni blokun üzvlərinin Azərbaycan siyasətinə nə gətirəcəklərini, qarşıya qoyduqları məqsədləri reallaşdırıb-reallaşdırmayacacaqlarını isə zamanın öhdəsinə buraxır. O indidən proqnoz verməyin çətin olduğunu düşünür. Amma hesab edir ki, fərdlərdən ibarət «Yeni siyasət» bloku ilə üç partiyanın yaratdığı bloku qarşı-qarşıya qoymaq düzgün deyil.