«ABŞ Azərbaycanda inqilab baş verəcəyinə inanmır»

Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” «ABŞ Azərbaycanda inqilab baş verəcəyinə inanmır». «Yeni Azərbaycan» qəzeti yazır ki, Amerika Azərbaycanda yalnız demokratik seçkilərin keçirilməsinə yardım göstərir.



Türkiyə parlamentində erməni soyqırımı məsələsi müzakirə olunub. Ölkənin xarici işlər naziri Abdulla Gül çıxışında deyib ki, əslində həmin dövrdə Türkiyənin özü genosidə məruz qalıb. Bu haqda ətraflı «Üç nöqtə» qəzeti yazır.



«Azadlıq» qəzeti isə yazır ki, "Rino Harniş YAPçıların cavabını verdi. O, səfir kimi vəzifə borcunu yerinə yetirdiyini bəyan edib".



«Əsgər Akayevi xalq devirmədi, ona öz ailəsi badalaq vurdu». Qırğızıstan Dövlət Hüquq Akademiyasının hüquq və ədliyyə fakültəsinin dekanı Kamalidin Caşanbayev «525-ci qəzet»ə müsahibəsində belə deyib.



«Rino Harnişə hücum tapşırığını Ruşaylo və Yeltsin verib». «Bakı Xəbər» yazır ki, amerikalı səfirə hücum əmri Rusiyadan gəlib.



«Azərbaycan» qəzeti «Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmiş vətəndaşlar öz hüquqlarından fəal istifadə edirlər» başlıqlı məqalə dərc edib.



«Exo» qəzeti yazır ki, MTN «Qara kəmər» əməliyyatı çərçivəsində axtarışları davam etdirir. DİN-in hazırda həbsdə olan zabiti Hacı Məmmədovla əlaqəsi olanlardan biri, Bakı aeroport yarmarkasının müdiri baş verənlərdə əli olduğu üçün paytaxtdan qaçıb.



«Həbsdən çıxmış 7 müxalifət lideri ABŞ səfiri ilə görüşüb». «Yeni Müsavat» qəzeti yazır ki, səfir onların seçki hüquqlarının bərpası istiqamətində başlanan kampaniyanın davam etdiriləcəyini söyləyib.



Ordu “rəngli inqilab”a müdaxilə etməyəcək. Müdafiə Nazirliyi silahlı qüvvələrin daxili siyasətə qarışmayacağını bəyan etdi. Daha ətraflı «Ayna» qəzeti yazır.