Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti aprelin 15-də keçirdiyi mətbuat konfransında bildirdi ki, ictimai televiziyanın iyunun sonlarında fəaliyyətə başlaması gecdir. Ona görə ki, həmin dövrdə parlament seçkilərinə az vaxt qalmış olacaq, bu da tamaşaçıya obyektiv, balanslaşdırılmış məlumat çatdırılmasını çətinləşdirəcək.
İctimai televiziyanın AzTV—2—nin bazasında yaranması haqqında isə bunları dedi:
«Hələ də yayımın yarısı - 51 faizi dövlətə məxsusdur. Dövlət hələ də tam şəkildə hər şeyi ictimai etmək istəmir. Bu isə nə Avropa Şurasının prinsiplərinə, nə ATƏT-in tələblərinə, nə də ki, azad mətbuat olan ölkənin tələblərinə, standartlarına uyğun deyil».
Cənab Haraşti onu da əlavə etdi ki, çox şey İctimai Televiziyanın baş direktorunun kimliyindən, mətbuat azadlığı prinsiplərinə sadiqliyindən də asılı olacaq.
Mikloş Haraşti çap mətbuatı sahəsində vəziyyətin mürəkkəb olduğunu da dedi. Bakı meriyasının «Qaya» firmasının qəzet köşklərini bərpa edəcəyinə də ümidvar olduğunu bildirdi.
2003-cü ilin oktyabr hadisələrindən sonra jurnalistlərə zorakılıq göstərilməsini isə pislədi.
«Yaxşı faktdır ki, 2003-cü ilin oktyabrında zorakılıqda ittiham olunaraq tutulanlar əfv olunub. Pis fakt odur ki, o vaxt jurnalistlərə qarşı zor tətbiq edən polislərə qarşı heç bir ittiham irəli sürülməyib. Hətta onlar işlədikləri yerdə nizam—intizam qaydalarını pozduqlarına görə də cəzalandırılmayıblar».
Mikloş Haraşti onu da dedi ki, «Monitor»un baş redaktoru Elmar Hüseynovun qətlinin tezliklə açılması mətbuatın hakimiyyətə inamını bərpa edə bilərdi.