Səs: Real audio
“Bin Laden şəhərdədir” Millət vəkili, AzTV-nin məsul redaktoru İsmayıl Ömərovun İctimai TV-nin baş direktoru olmasından jurnalist təşkilatları, siyasətçilər və bir sıra beynəlxalq qurumların nümayəndələri narazıdırlar. «Gün» qəzetinin baş redaktoru Arif Əliyev deyir ki, cəmiyyətin böyük bir hissəsi İsmayıl Ömərovu qəbul etmir. Səbəbsə ötən həftəyədək dövlət televiziyasının məsul redaktoru olan İsmayıl Ömərovun hakimiyyətin təbliğatçısı, hətta «müstəntiq jurnalist» kimi tanınmasıdır.
Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi Azər Həsrət isə deyir ki, «müstəntiq jurnalist» kimi tanınan İsmayıl Ömərovun İTV-yə baş direktor seçilməsi bu televiziya haqda ümidləri iflasa uğratdı.
Vaxtilə AzTV-yə rəhbərlik etmiş Məmməd Murad İsmayıl Ömərovun baş direktor olmasını siyasi sistemin günahı kimi izah edir. O deyir ki, Azərbaycandakı sistem peşəkara və şəxsiyyətə heç vaxt qiymət verməyib.
Məmməd Muradın fikrinin davamı olaraq Müsavat partiyası başqanının birinci müavini Vurğun Əyyub isə hesab edir ki, İsmayıl Ömərov dövlət televiziyasında rəhbər tutduğu prinsiplərə çox güman ki, İTV-də də sadiq qalacaq. Bu baxımdan da o, həmin televiziyanın bitərəf olacağına inanmır.
Norveçin Azərbaycandakı səfiri Steynar Gill də hesab edir ki, İctimai televiziya ilə bağlı baş verənlər ümidverici deyil.
İctimai televiziyanın baş direktoru İsmayıl Ömərov isə onun haqqında deyilənlərə əməli şəkildə cavab verəcəyini bildirir. Və deyir ki, İctimai televiziya digər telekanallardan ictimaiyyətin maraqlarına işləyəcək.
Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərəmov isə İsmayıl Ömərovla bağlı fikirlərə şərh verməyi düzgün saymır. Və bu seçimə hörmətlə yanaşdığını deyir.
Beləliklə, bu televiziya haqda bədgüman olanlar da, ona bəslənən ümidlərin puç olduğunu düşünənlər də var. Məsələn, televiziya mütəxəssislərindən biri Rafiq Hüseynov bu qənaətdədir. Amma hər şeyin itirilmədiyini düşünüb mübarizəyə, geniş kampaniyaya başlamaq istəyənlər də var. Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi Azər Həsrət deyir ki, artıq bu gün aprelin 18-də jurnalist təşkilatları qərara alıblar ki, həm ölkə içində, həm ölkə xaricində geniş kampaniyaya başlasınlar.
İsmayıl Ömərov isə seçki öncəsi onun baş direktoru olduğu ictimai televiziyanın efirdə olacağını deyir.