Nazir inflyasiyaya görə sahibkarları günahlandırdı

Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” İqtisadi inkişaf naziri Fərhad Əliyev son vaxtlar ölkə bazarlarında baş verən qiymət artımında bəzi sahibkarların və tacirlərin günahkar olduğunu bildirib.



O, bu fikirləri Azərbaycan Sahibkarlar Konfederasiyasının aprelin 20—də Bakıda keçirilən qurultayında səsləndirib.



Elə həmin gün prezident İlham Əliyevin yanında son zamanlar ölkədə gedən bahalaşma ilə bağlı xüsusi müşavirə keçirilib.



Qapalı keçən müşavirə barədə yerli telekanallara verilən məlumatlarda bildirilir ki, prezident iclasda ilin birinci rübündə iqtisadi sahədə əldə edilən uğurlar haqqında danışıb.



İqtisadçı ekspert Azər Mehdiyev isə deyir ki, son aylarda gedən iqtisadi proseslər inflyasiyanın getdikcə hökumətin nəzarətindən çıxdığını göstərir.



Onun fikrincə, bu, hökumət üzvləri arasında müəyyən çaşqınlıq yaradıb və qiymət artımına qarşı necə mübarizə aparmağın yolları haqqında onlar arasında yekdil fikir yoxdur.



Onun sözlərinə görə, prezidentin yanında müşavirənin çağırılmasına da bu səbəb ola bilər.