Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” İnformasiya texnologiyaları sahəsində mütəxəssislərə dünyanın hər yerində ehtiyac olduğu yeni xəbər deyil. Azərbaycan Multimedia İnformasiya Texnologiyaları mərkəzinin direktoru Osman Gündüz bildirir ki, yaxın gələcəkdə Azərbaycanın da bu sahə üzrə mütəxəssislərə ehtiyacı daha da artacaq. Onun sözlərinə görə xüsusilə avtomatlaşdırılmış informasiya sistemləri, informasiya təhlükəsizliyi və kompüter cinayətkarlığı ilə bağlı sahələr üzrə kadrlara ciddi ehtiyac hiss olunacaq. Osman Gündüz əlavə edir ki, son dövrlər Azərbaycanda texniki fənnlərə marağın xeyli azaldığı hiss olunur. O, ölkədə texniki fənnlər, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə kadr hazırlığının da yüksək səviyyədə olmadığını deyir:
- İnformasiya texnologiyaları ilə bağlı təhsilin artırılması yetərli, sistemli vəziyyətdə deyil. Yalnız spontal, hansısa bir layihə çərçivəsində, hansısa nazirliyinin öz təşəbbüsü ilə həyata keçirilir.
Osman Gündüz 2005-2007-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulan “Təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi” adlı layihənin bu sahə üzrə kadr hazırlığında müəyyən qədər rola malik olacağını da qeyd etdi. Bu layihənin həyata keçirilməsinə dövlət büdcəsindən 20 milyon dollar pul ayrılıb.