Dünya bankı köçkünlər üçün kredit ayıracaq

Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Dünya Bankı “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım” layihəsi üçün Azərbaycana 11 milyon yarım dollarlıq kredit ayırmaq niyyətindədir. Kreditin 10 illiyə güzəştlə verilməsi nəzərdə tutulur. Em-Pi-Ey agentliyinin məlumatına görə, layihə üzərində müzakirələr aparmaq üçün Dünya Bankının nümayəndələri mayın 3-də Bakıya gələcəklər. Razılıq əldə edilərsə, Dünya Bankının ayırdığı bu vəsait yerli bankalar vasitəsilə qaçqın və məcburi köçkünlərin müxtəlif layihələrini maliyyələşdirmək üçün onlara kredit şəklində veriləcək.



Yaponiya höküməti “Şimal” Dövlət Elektrik Stansiyası üçün 2-ci buxar qaz qurğusunun tikintisini maliyyələşdirəcək. Kreditin həcmi hələ ki, açıqlanmır. Azərtac agentliyinin məlumatına görə, bu kredit Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı vasitəsilə veriləcək. Qurğu işə düşəndən sonra Azərenerji səhmdar cəmiyyəti əlavə 400 meqavat enerji alacaq. Yaponiya ilə Azərbaycan arasında kredit sazişinin may ayı ərzində imzalanması gözlənilir.



Neftin qiyməti 50 dollardan aşağı düşdü. Ekspertlərin fikrincə, qiymətin düşməsinə neft ixracatçıları ölkələri təşkilatı - OPEC-in ixracı artırmaq vədləri təsir edib. Bundan sonra Nyu York və Sinqapur birjalarında 1 barrel neftin qiyməti 49 dollar olub. Ötən ayın əvvəlində - aprelin 4-də neftin qiyməti 58 dollara qalxməşdə. Associated Press agentliyinin ekspertlərinin fikrincə yayqabağı ucuzlaşmanın ilk nişanəsidir.



Milli Bankdan aldığımız məlumata görə, dollar ötən həftədən bəri sabit qalaraq 1 dollar 4807 manat səviyyəsində olub. Valyuta dəyişmə məntəqələrində isə 1 dollara artıq 4800 manatdan da az pul verirlər. Rubl 173 manatdır, avro isə 27 manat ucuzlaşaraq 6181 manata düşüb.