Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Prezident İlham Əliyev Şamaxı rayonuna səfəri zamanı yerli əhali qarşısındakı çıxışında yaxın vaxtlarda maaş və pensiyaların artırılacağını bildirdi. Onun sözlərinə görə, hökumət 2005-ci ilin büdcəsinə dəyişikliklər etmək fikrindədir.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev bildirir ki, qanuna görə, hər altı aydan bir dövlət büdcəsinin gəlirlərinə və xərclərinə dəyişiklik etmək mümkündür və hökumət keçən il olduğu kimi bu il də belə bir addımı atmağı düşünür. Əli Əlirzayev deyir ki, bu, dünya bazarlarında neftin bahalaşmasıyla bağlı Azərbaycanın gəlirlərinin artmasıyla əlaqədardır. Maliyyə Nazirliyindən konkret hansı təbəqələrin maaş və pensiyalarında artım olacağını dəqiqləşdirmək cəhdlərimiz alınmadı. Amma Əli Əlirzayev parlamentin iqtisadi siyasət daimi komissiyasının sədr müavini kimi artımın olacağı mümkün sahələr barədə bunları deyir. Onun bildirdiyinə görə, büdcədən maliyyələşən bir sıra təşkilatlarda, o cümlədən təhsil və səhiyyə sahələrində maaşların artırılması, pensiyaların qaldırılması, eləcə də sahibkarlara kredit üçün ayrılan vəsaitlərin artırılması mümkündür.
Bəs maaş artımı yeni inflyasiyaya gətirməyəcək ki? Bu məsələyə münasibət birmənalı deyil. «Turan» informasiya agentliyinin «Bazar icmalı» bülleteninin redaktoru Samir Neymanoğlu deyir ki, onsuz da indi Azərbaycanda inflyasiya prosesləri sürətlənib və daha bir inflyasiya faktoru kimi əllərdə pul kütləsinin artması vəziyyəti daha da gərginləşdirə bilər. Onun fikrincə, hökumət neftdən gələn əlavə gəlirləri sərmayə qoymağa sərf etsəydi, daha yaxşı olardı. «Bu, yeni müəssisələrin açılmasına və daha çox insanın iş yeri ilə təmin edilməsinə səbəb olardı. Neftdən gələn gəlirləri maaş və pensiyaların qaldırılmasına sərf edəndə isə bu, inflyasiyaya gətirib çıxarır».
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehdiyev isə hesab edir ki, hökumətin maaş və pensiyaların artırılmasına hazırlaşması qarşıdan gələn parlament seçkiləriylə bağlıdır. Onun fikrincə, hökumət bu yolla seçicilər arasında populyarlığını artırmaq istəyir. Azər Mehdiyev hökumətin maaş və pensiyaların artırılması ilə bağlı ötən prezident seçkiləri ərəfəsində də eyni addımları atdığını xatırladır. Amma onun sözlərinə görə, adətən seçkidən sonrakı siyasi gərginliklə bağlı sürətlənən inflyasiya belə artımların faydasını minimuma endirir. Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev isə düşünmür ki, maaş və pensiyaların artırılması inflyasiyanın başlıca səbəbidir. Əli Əlirzayev maaş və pensiya artımlarını seçki ilə bağlamağın da tərəfdarı deyil.
Bu arada Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk üç ayında infylasiyanın səviyyəsi 13 faizə çatıb. Hökumət isə 2005-ci ildə inflyasiyanın 5-7 faiz civarında olacağını proqnozlaşdırmışdı.