Gəncədə “UAZ” avtomobilləri də istehsal olunacaq

Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Gəncədə “Oka” avtomobillərindən başqa cip tipli “UAZ” avtomobilləri də yığılacaq. Gəncə Avtomobil zavodunun müdir müavini Musa Abdullayevdən aldığımız məlumata görə, zavod artıq Ulyanovsk Avtomobil zavodu ilə müvafiq saziş bağlayıb. Texniki məsələlər həll olunandan sonra 5 növ çətinkeçilən yollar üçün maşınların komplektləşməsi və yığılmasına başlanacaq. Bundan əlavə Gəncə avtomobil zavodu Çin şirkətlərindən biri ilə eyni məzmunlu danışıqlar aparır.



Azərbaycan büdcəsində xüsusi ehtiyat fondu yaradılacaq. Prezident İlham Əliyevin fərmanı ilə büdcə sisteminə dəyişiklik edilməsi haqqında qanun təsdiq olundu və büdcədə yeni bölmə yaradıldı. Fərmana görə, ehtiyat fondu büdcənin 2 faizindən çox olmayacaq. Orada toplanan vəsaitlər isə dövlət büdcəsində nəzərdə tutulmayan xərclərə və yaxud da təbii fəlakətlərin qarşısını almaq üçün sərf olunacaq. Büdcənin tərkibində olan ehtiyat fondunun xərclənməsi haqqında qərarı yalnız prezident verə biləcək. 2005-ci ilin təsdiq olunmuş büdcəsi təxminən 9 trilyon yarım manat və ya 2 milyard dollara yaxındır.

Bakı-Tbilisi-Ceyhan kəmərinin borularının qaynaqlanması başa çatdırılıb. BTC Co. şirkətindən İnterfax agentliyinə verilən məlumata görə, xırda Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində kəmər tamamilə hazırdır, bəzi tamamlama işləri qalıb. Bundan sonra Azərbaycanda kəmərin 2 faizi torpaqla örtülməli, Gürcüstanda nasos stansiyalarının hazırlığı başa çatdırılmalı, Türkiyədə isə 30 kilometr boru torpaqla örtürməlidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rəsmi açılışı mayın 25-nə planlaşdırılıb.



Mayın 4-də Milli Bankdan aldığımız məlumata görə, dollar 5 manat da ucuzlaşıb və indi 4804 manatdır. 1 rubl 172, 1 avro isə 6226 manatdır.