Bu İzdə:<br>-Şuşanın Azərbaycan mədəniyyətindəki yerindən soraq alacaq<br>-Özəl reportajda Şuşa Teatrına baş çəkəcək<br>- və hər dəfə görkəmli sənətçi Flora Kərimovanın açıqlamalırını eşidəcəksiz!..

Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Mayın 8-də Bakıdakı Şəhidlər Xiyabanı adlanan məzarlıqda Azərbaycanda «Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 13-cü ildönümü» kimi qeyd edilən günə həsr olunmuş anma mərasimləri keçirilib. Qarabağ döyüşlərində, o cümlədən Şuşa şəhərində gedən döyüşlərdə həlak olan Azərbaycan ordusunun əsgərlərinin dəfn olunduğu xiyabanı əvvəlcə bu şəhərin fəaliyyətini Bakıda davam etdirən icra hakimiyyətinin təşəbbüsüylə Qarabağdan olan bir qrup qaçqın və məcburi köçkün ziyarət edib. Daha sonra xiyabana Azərbaycan Naminə Hərəkatın üzvləri gələrək məzarlar üzərinə gül dəstələri düzüblər. Başqa bir ictimai qurumun - Qarabağ Azadlıq Təşkilatının üzvləri isə xiyabanı ziyarət etməklə yanaşı Bakının mərkəzində yürüş-mitinq keçirməyə cəhd ediblər. Amma polis bu cəhdin qarşısını alıb. Təşkilatın sədri Akif Nağının verdiyi məlumata görə, onlar yürüş-mitinq keçirməklə beyəlxalq ictimaiyyətin diqqətini Qarabağ probleminə yönəltmək istəyiblər. «Biz bununla göstərmək istədik ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğalıyla barışmayacaq».

Polisin yürüşə müdaxiləsinə Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın keçirilməsinə icazə verməməsi səbəb olub. İcazəsiz yürüş cəhdinə görə Qarabağ Azadlıq Təşkilatının 7 üzvü saxlanılıb.