Bakıda parad keçirildi

Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Mayın 9-da Bakıda, “Azadlıq” meydanında İkinci Dünya müharibəsinin başa çatmasının 60-cı ildönümünə həsr olunan parad keçirilib.



Paradda Azərbaycandakı iki hərbi məktəbin – General Cəmşid Naxçıvanski adına Hərbi Litseyin və Ali Hərbi Məktəbin kursantları və hərbçiləri iştirak edib.



Həmçinin 9 May yubiley tədbirlərində Bakı şəhər İcra Hakimiyyəti Şəhidlər Xiyabanındakı general Həzi Aslanovun abidəsi önündə toplantı keçirib.



Nazirlər Kabineti isə xarici diplomatik nümayəndələr və veteranlar üçün xüsusi bir gecə təşkil edib.



Bölgə müxbirlərimizdən aldığımız məlumatlara görə, Gəncə, Naxçıvan və başqa bölgələrdə də müharibə iştirakçıları ilə görüşlər keçirilib.