Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Mayın 10-da hüquq-mühafizə orqanları partlayıcı maddə qoyulduğu haqda xəbər aldıqlarını deyərək Müsavat partiyası qərargahında axtarış aparıblar.
Binada partlayıcı maddə aşkar olunmayıb.
Həmin 4 mərtəbəli binada partiyadan başqa “Yeni Müsavat” qəzetinin redaksiyası və 2 saylı Evtikmə Kombinatının inzibati ofisi də yerləşir.
Binəqədi rayon Polis İdarəsi rəisinin müavini Rasim Musayevin dediyinə görə, partlayıcı haqda xəbərdarlıq səhər saatlarında Bakı şəhər Baş Polis İdarəsinə telefonla naməlum şəxs tərəfindən edilib.
Amma “Yeni Müsavat” qəzetinin əməkdaşı Səfər Hümbətov aparılan əməliyyata şübhəylə yanaşır.
Onun sözlərinə görə, binaya baxış keçirən 3 minaaxtaranın əlində partlayıcı axtarmaq üçün heç bir avadanlıq olmayıb. Bundan əlavə, polislər binadakı adamları bayıra çıxarmaqla kifayətlənib əlavə tədbirlər görməyiblər.
Müsavat partiyasının sədr müavini Sülhəddin Əkbər əməliyyatın bir neçə hadisə ilə - mitinq qərarının verilməsi, Müsavat başqanının Bolqarıstana və ABŞ prezidentinin Qafqaz regionuna səfər etməsi ilə eyni vaxtda aparıldığına diqqət çəkir.
Polis mayın 10-da Müasir Müsavat partiyasının qərargahında da axtarış aparıb.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qərargahda aşkar olunan naməlum diplomatla bağlı polisə müraciət olunub, amma binada bomba tapılmayıb.