Zeynal Məmmədli: “Azərbaycan mediası Amerika prezidentinin çıxışına dərindən yanaşmayıb”

Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov həmin çıxışı çox əhəmiyyətli adlandırır və ona diqqət ayırmayanların siyasi proseslərdən baş çıxarmadığını deyir.



Qənimət Zahidovun fikrincə, hətta dövlətin siyasətini müdafiə edən qəzetlər də bu çıxışın əhəmiyyətini anlayırlar, sadəcə onu gizlətmək yoluna üstünlük veriblər.



Qənimət Zahidov deyir ki, Corc Buşun bu bəyanatı heç də boşluğa ünvalanmayıb, Azərbaycanda keyfiyyətcə yeni proseslər gedir. Amerika prezidentinin də bu bölgədə gedən proseslərdən xəbəri var.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovsa Corc Buşun demokratiyayla bağlı dediklərini Cənubi Qafqaz ölkələrindən daha çox Ermənistana aid edir, Azərbaycanda demokratiyanın bərqərar olduğunu, seçkilərin azad və ədalətli keçdiyini bildirir.



Mətbuat Şurasının üzvü Zeynal Məmmədlinin fikrincə, Amerika prezidentinin Cənubi Qafqaza səfəri adi hadisə deyil. KİV araşdırıcısı deyir ki, Azərbaycan elektron mediası, hətta müxalifət qəzetləri bu məsələyə dərindən yanaşmayıblar.



Cənubi Qafqazda demokratik islahatların Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyi barədə söylənən fikirlərə dair Zeynal Məmmədli bildirir ki, həmin islahatlar Azərbaycanda həyata keçirilərsə, iqtisadi vəziyyət düzələrsə, sərbəst bazar qanunları işləyərsə, Dağlıq Qarabağ problemi öz-özünə həll olunacaq.



Söhbət elədiyim sıravi Bakı sakinlərindən bəziləri Amerika prezidentinin çıxışını əhəmiyyətli sayır, bəziləri isə bunun əksini düşünür.