Təbriz Ekspresdə bu həftə: Əhməd Obalı: "GünAzTV yayıma başladı"

  • Abbas Cavadi
Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” ATƏT-in Bakı ofisindən Ülvü Axundlu bildirir ki, təşkilat mayın 17-18-də müxalifət və iqtidar partiyalarının iştirakı ilə dialoq-seminar keçirir.



Görüşün sonunda müxalifət və iqtidar təmsilçiləri ATƏT-lə birgə bəyanatla çıxış edəcəklər və burada müzakirə olunan məsələlərə münasibətlər açıqlanacaq.



Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehtiyev isə deyir ki, iqtidar-müxalifət dialoqunun ardıcıl olaraq davam etdirilməsi üçün ATƏT-in təşkilatçılığını gözləməyə ehtiyac yoxdur. Onun fikrincə, tərəflər bunu özləri də edə bilərlər.



Ramiz Mehtiyev bildirir ki, gələcəkdə bu prosesə Prezident Aparatı nümayəndəsinin qoşulması da mümkündür.



İcra Aparatının rəhbəri AXCP, ADP və Müsavatın daxil olduğu «Üçlər» blokunun mayın 21-ə təyin etdiyi mitinqlə bağlı deyir ki, hökumət kütləvi aksiyalara seçki kampaniyası başlayanda icazə verəcək. Mayın 21-dəki mitinqlə bağlı son sözü isə Bakı şəhər İcra Hakimiyyəti deyəcək.



İqtidar-müxalifət dialoqunun baş tutması üçün beynəlxalq qurumların təşkilatçılıq missiyasını üzərlərinə götürmələrinə Müsavat başqanının müavini Sülhəddin Əkbər də münasibət bildirib.



O deyir ki, beynəlxalq təşkilatlar iqtidar-müxalifət münasibətlərinin gərgin olması səbəbindən dialoqu təşkil etməyi öz üzərlərinə götürüblər.



«Üçlər» blokunun mitinqi ilə bağlı Ramiz Mehtiyevin fikirləri Sülhəddin Əkbərdə narahatlıq doğurur. O deyir ki, Ramiz Mehtiyev dolayısı ilə mitinqə icazə verilməyəcəyinə işarə edib və bu, bir daha ölkədə hüquq və azadlıqların mədudlaşdırıldığını göstərir.