Buş Ermənistan və Azərbaycan prezidentləri ilə niyə görüşmədi?

Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” «Azadlıq» qəzeti «Corc Buş İlham Əliyevlə görüşdən niyə imtina edib?» məqaləsində bildirir ki, Buş Riqada bütün Baltik dövlətləri liderləri ilə görüşsə də, Tbilisidə Ermənistan və Azərbaycan prezidentləri ilə görüşmədi. Bu isə Qafqaz ölkələrinin tam demokratikləşməməsindən xəbər verir.



«Yeni Azərbaycan»dakı «Azərbaycan prezidenti seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncam imzalayıb» məqaləsində bildirilir ki, seçkilər zamanı baş verən qanun pozuntuları Azərbaycan rəhbərliyinin siyasi iradəsindən kənardır.



«525-ci qəzet»dəku «11 il öncə kəsilən atəş» başlıqlı məqalədə bildirilir ki, nə qədər münaqişə həllini tapmayıb, atəşkəs rejimi də müvəqqəti olacaq.



«Üç nöqtə» qəzeti «İcra başçıları cəzalandırıla bilər» başlıqlı məqalə dərc edib. Məqalədə bildirilir ki, bu fikirləri prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehtiyev deyib. O, artıq bir neçə icra başçısının qanunsuz hərəkətləri haqqında araşdırmalar aparıldığını da vurğulayıb.



«Seçki praktikası təkmilləşdiriləcək» məqaləsində «Xalq Cəbhəsi» qəzeti bildirir ki, baş verəcək nöqsan və çatışmazlıqlara görə məsuliyyəti bəzi məmurlar və seçki komissiyalarının üzvləri daşıyacaqlar.



«İlham Əliyev demokratik seçkiyə hazırlaşırmı?» məqaləsində «Bakı Xəbər» yazır ki, dövlət başçısı indiyə qədər edilmiş seçki saxtakarlıqlarının məsuliyyətini məmurların və postsovet mentalitetinin üzərinə qoyur.



«Azərbaycan» qəzetindəki «Xalq üçün kim nə edir» məqaləsində bildirilir ki, hakimiyyətin sosial-iqtisadi sahədə son illər həyata keçirdiyi tədbirlər daha çox müxalifəti narahat edir.





«Avropa Birliyi Azərbaycandan gerçək iş tələb edir» başlıqlı məqalə ilə «Ayna» qəzetində tanış olmaq mümkündür. Məqalə AB-ın nümayəndəsi Heyki Talvityenin Bakı səfərinə həsr olunub.



«Exo» qəzeti «Bizim şanslarımız» məqaləsində bildirir ki, Azərbaycan düşdüyü durumdan maariflənməyə üstünlük verməklə çıxa bilər. Bu prosesə xüsusi olaraq gəncləri cəlb etmək də əsas şərtlərdəndir.