Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” «Biz payızda keçiriləcək parlament seçkilərinə Azərbaycanın demokratiyaya doğru böyük addım atmaq fürsəti kimi baxırıq. Avropa Birliyi təkamül tərəfdarıdır, inqilab yox» - bu fikri Avropa Birliyinin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Heyki Talvitye müxaliət partiyalarının nümayəndələri ilə mayın 12-də baş tutan görüşündə deyib.
Görüşün iştirakçılarından biri, Müsavat partiyası başqanının müavini Sülhəddin Əkbər deyir ki, postsovet məkanında baş verən məxməri inqilablar Azərbaycandakı proseslərə də təsirsiz ötüşmür. Bu da beynəlxalq qurumları, eləcə də Avropa Birliyini narahat edir. Müxalifətçilər cənab Talvitye ilə bu haqda- Azərbaycanda demokratik seçki ənənəsinin olmaması və seçki öncəsi siyasi şəraitdən danışıblar. Bunun inqilabla nəticələnmə ehtimalını söyləyiblər. S.Əkbərin sözlərinə görə, onların bu narahatlığını H.Talvitye də bölüşüb.
Görüş iştirakçıları cənab Talvityenin diqqətinə çatdırıblar ki, inqilabın baş verməməsi üçün həm beynəlxalq birlik, həm də ölkədəki demokratik qüvvələr hakimiyyətə təzyiqi artırmalıdırlar.
«Ayna» və «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, beynəlxalq qurumların Azərbaycanda inqilabın baş vermə ehtimalından narahat olması təbiidir. «Çünki Qırğızıstan hadisələri göstərdi ki, hadisələri heç də həmişə nəzarətdə saxlamaq olmur». Amma şərhçi bunu da deyir ki, inqilabi situasyianın yaranması bəzən nə beynləxalq qurumlardan, nə müxalifətdən, nə də hakimiyyətdən asılı olur. «Yaranmış şərait özü inqilabı yetişdirir» - deyə, Mirqədirov fikrini yekunlaşdırdı.