Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” İqtisadi inkişaf naziri Fərhad Əliyev yoxsulluğun aradan qaldırılması işinin uğurla həyata keçirildiyini deyir. Onun sözlərinrə görə, neftdən əldə edilən gəlirlərin bir hissəsi ölkədə yoxsulluğun aradan qaldırılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf edilir. Nazir əlavə edir ki, bundan ötrü Azərbaycan prezidentinin göstərişilə xüsusi sənəd də hazırlanıb. Həmin sənəddə neftdən gələn gəlirlərin bir qisminin gələcək nəsillər üçün saxlanılması, digər qisminin isə qeyri – neft sektorunun inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf edilməsi göstərilir.
Fərhad Əliyev deyir ki, nefdən gələn vəsaitin yoxsulluğun azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi öz müsbət nəticələrini verəcək. Onun sözlərinə görə bu məsələdə qeyri - neft sektorunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Əgər qeyri-neft sektoru inkişaf edərsə, yeni iş yerləri yaranar. Orada işləyənlər yaxşı əməkhaqqı ala rvə yoxsul olmazlar.
İqtisadi inkişaf naziri deyir ki, qarşıya qoyulan məqsəd həddən artıq çətin olsa da imkanlar da böyükdür. Həmin imkanlardan səmərəli istifadə etməklə bu məqsədə çatmaq və yoxsulluğun həddini nəzərdə tutulduğundan da aşağı salmaq olar.
Rövşən, beynəlxalq proqramlarda 2015-ci ilədək dünya üzrə yoxsulluğun 2 dəfə azaldılması nəzərdə tutulur. Fərhad Əliyev isə deyir ki, həmin vaxt Azərbaycandakı yoxsulluğun səviyyəsi daha da azılıb 10-15 faiz təşlkil edəcək.
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının səlahiyyətli şəxsləri Azərbaycanda «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»nın uğurla həyata keçirildiyini bildirdilər.
BVF-nin İsveçrə, Polşa, Azərbaycan, Qırğızstan, Türkmənistan, Tacikstan və Özbəkistan üzrə icraçı direktoru Fritz Zurbruqa deyir ki, keçən müddət ərzində Azərbaycanda böyük nailiyyətlər əldə edilib. Dövlət Proqramının həyata keçirilməsi, nəzərdə tutulan məqsədlərə nail olunması baxımından Azərbaycanda etibarlı sabitliyə nail olunub.
Cənab Zurbruqa bütövlükdə Azərbaycanda yoxsulluğun azaldılması və regionların inkişafı proqramının həyata keçirilməsini, eləcə də qeyri - neft sektorunda görülən işləri də müsbət dəyərləndirir. Ancaq bununla yanaşı o bir sra problemlərə də toxundu. Onun fikrincə ədalətli rəqabətin bərqərar olması üçün inhisarçılıq aradan qaldırılmalıdı.
Bir sıra ekspertlər isə ölkədə yoxsulluğun azaldılması istiqamətində görülən işlərin o qədər də effektli olmadığını deyirlər. Onlar xüsusilə hazırda ölkə əhalisinin yalnız 40 faizinin yoxsulluq şəraitində yaşadığı fikri ilə razılaşmır, bu göstəricinin hətta 80 faiz olduğunu bildirirlər. Keçmiş baş nazir Əli Məsimov isə deyir ki, yoxsulluğun həddini dəqiq müəyyənləşdirmədən onun aradan qaldırılması istiqamətində proqramın hazırlanması düzgün deyil. Vətəndaşların vəziyyətinin ağırlığı qiymətlərin artmasında, artırılan əməkhaqlarının infliyasiyanın yeminə çevrilməsində açıq – aydın özünü göstərir. İqtisadiyyat hər bir Azərbaycan vətəndaşının göndəlik həyatının bir hissəsi olduğu üçün saxta üsullarla şərati yaxşılaşdırmanın üstü gec-tez açılacaq. Əli Məsimov deyir ki, beynəlxalq təşkilatlar bu ildən başlayaraq Azərbaycanda statistikanın təkmilləşdirilməsi məsələsini qaldırmalıdılar. Bu təşkilatlar ölkə əhalisinin həyat səviyyəsinə dair statistikanın obyektivliyinin təmin edilməsi barədə hökumətə təkliflər verməlidirlər. «Yoxsulluğun aradan qaldırılması hansısa vəsaitlərlə, neft gəlirləri ilə yox Azərbaycanın demokratikləşməsi, iqtisadi azadlıqların kiçik birt qrupun inhisarından çıxarıb bütün vətəndaşlara şamil edilməsi ilə mümkündür».
Əli Məsimov əlavə edir ki, əgər hökumət vətəndaşa k