Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” --“Deyli Teleqraf”
Amerika Gürcüstan və Ukraynadakı müxalifət hərəkatlarını dəstəkləyib. Və Konqres Belarus müxalifətinə də 40 milyon dollar ayrılmasına razılıq verib.
Ancaq Özbəkistana çatanda, Vaşinqton tərəfləri təmkinliyə çağırır.
Qərb bu səhvləri daha əvvəl Misirdə və İranda da buraxmışdı.
“Görəsən, doğrudanmı biz keçmişdən heç nə öyrənməyəcəyik?”
--“Tayms”
Həm Vaşinqton, həm də Moskva Özbəkistanda gərginliyin artmasından xəbərdar idilər. Ancaq onlar öz mülahizələrinə görə prezident İslam Kərimovu müdafiə ediblər.
Həftəsonu Özbəkistanda baş verənlər Rusiya və Birləşmiş Ştatları olduqca çətin vəziyyətdə qoyub. Vaşinqton Özbəkistan hökuməti və mitinqçiləri təmkinliyə çağırıb.
Ancaq onların təmkinli olacaqlarına ümid azdır.
İslam ekstremizmi təhlükəsi bəhanəsilə müxalifəti susdurmaqla prezident Kərimov hətta mötədil özbəkləri də özündən uzaq salıb və xalqın əsl ekstremistlərə rəğbətini artırıb.
“Nümayişçilərə qarşı silah işlətmiş hökumətin qeyri-adekvat reaksiyası isə radikal qruplaşmalara dəstəyi daha da artıracaq”.
--“Qardian”
Britaniyanın xarici işlər naziri Cek Strou cəsarətlə Özbəkistanda “insan haqlarının pozulduğunu” bildirib.
ABŞ-la birgə Özbəkistanı özünün müttəfiqi adlandıran bir ölkənin rəsmisindən bu cür kəskin ifadələrin səslənməsi gözlənilməz olub.
--“İndependent”
İyunun 17-də İranda prezident seçkiləri keçiriləcək.
Namizədlərin sayı rekord həddə çatıb. Mindən çox insan öz namizədliyini irəli sürüb. Onların yaşı isə 16 ilə 86 arasındadır.
Gözlənilir ki, İslam İnqilabı Keşikçiləri Şurası indiki böyük siyahını on nəfərə endirəcək.
Qələbəyə əsas namizədlər isə iki nəfərdir – keçmiş prezident Haşimi Rəfsəncani və sərt xətt tərəfdarı, keçmiş polis rəisi Məhəmməd Kalibaf.
Namizədliyini irəli sürən 1010 nəfər arasında 89 qadın var. Ancaq Keçikçilər Şurası onları seçkilərə buraxmayacağını bildirib.
Siyahıda siyasətdən kənar namizədlərə də rast gəlinir. Onlardan biri milli futbol komandasının keçmiş qapıcısı Naser Hecazidir. O, prezident olacağı təqdirdə görəcəyi işləri bu cür ifadə edib: “pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm”.
Seçkilərdə əsas favorit Rəfsəncani olaraq qalır. O, Qərblə münasibətlərin yaxşılaşdırılması və daha asta templə də olsa, islahatların davam etdirilməsinin tərəfdarıdır.