Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” Azərbaycan Beynəlxalq Valyuta Fondundan kredit almaqdan imtina edə bilər. Baş nazir Artur Rəsizadənin sözlərinə görə, bu ildən ölkəyə daha çox xarici valyuta gələcək. Buna görə də faizli kreditlərin alınmasından Azərbaycan höküməti imitina edə bilər. A. Rəsizadə BVF-nin nümayəndələri ilə üç dəfə bu məsələyə dair görüşdüyünü və kredit alıb-almamaq məsələsinin iyul ayına qədər müəyyənləşəcəyini deyir.
Baş nazir qiymət artımından sonra qaz pulu ödəyənlərin sayının azalmasının problem yaratdığını deyir. Onun sözlərinə görə, artıq qaz və elektrik enerjisi sahəsindəki qanunsuzluqlarla bağlı yoxlamalar aparılır və həbs olunanlar var.
Cənab Rəsizadə yoxsulluğun aşağı salınması üçün minimal ərzaq zənbilinin 500 min manata çatdırılacağını deyir. Onun sözlərinə görə, qiymətlərin artımı ilə bağlı prezident fərmanı da yaxın günlərdə imzalanacaq. Baş nazir hökumətin büdcənin xərclərinin artırılması haqda qanun layihəsini Milli Məclisə göndərmədiyini deyir. Onun sözlərinə görə, hökumət büdcə xərclərinin çoxalmasıyla ölkədə qiymətlərin də artacağından ehtiyat edir.
A. Rəsizadə iyunun 3-də Ukraynanın baş naziri ilə neft və neft məhsullarının göndərilməsi haqda müqavilə bağlanacağını deyir. Onun sözlərinə görə, bu il Ukraynaya 50 min ton dizel yanacağı və 50 min ton benzin göndərilməsi haqqında razılıq əldə olunub. Gələn ildən isə xam neft də göndəriləcək.
Mayın 19-da Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4777 manat, 1 rubl 170, avro isə 6057 manatdır.