ABŞ səfirliyi vətəndaşların hüquqlarının pozulduğunu bildirir

Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Mayın 21-i müxalifət partiyalarının Bakıda keçirmək istədiyi yürüş-mitinqlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb.



Bəyanatda bildirilir ki, Azərbaycanda vətəndaşların azad toplaşmaq hüquqları pozulub. Səfirlik Azərbaycan hökumətini öz xalqının konstitusiya hüquqlarına hörmət etməyə çağırır. Həmçinin bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bu hadisələr ətrafında baş verənləri bundan sonra da müşahidə edəcək.