Steynar Gil dialoqun sual altına düşdüyünü deyir

Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Norveç Krallığının Azərbaycandakı səfiri Steynar Gil bildirir ki, ədalətli, azad seçkilərin keçirilməsi üçün hər hansı zorakılığa yol verilməməlidir: «Polis vətəndaşları dəyənəklə qovmamalıdır».



O, seçkiərəfəsi şəraitin normallaşdırılması üçün hakimiyyətlə müxalifət arasındakı dialoqda əldə edilən müsbət məqamların sual altına düşdüyünü deyir. Cənab Gil tərəflərin təzədən bir araya gəlib, müzakirlər aparmasının vacibliyini bildirir.



Səfirin fikrincə, hakimiyyət birləşmiş müxalifətin 21 may aksiyasına icazə verməliydi. «Mitinq icazəli olsaydı, hadisələri də asanlıqla nəzarətdə saxlamaq olardı. Onda heç bir problem də yaranmazdı. Amma hər şey tamam başqa cür alındı» -deyə, səfir vurğulayır.



S. Gil polisin saxladığı müxalifət fəallarının onu narahat etdiyini deyir: «Onların bəzilərinin taleyi indiyədək məlum deyil. Bu adamların həbsi üçün heç bir əsas yox idi».