Abbas Abbasov Dağıstana gedib

Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək Mayın 26-da Azərbaycan baş nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının sədri Abbas Abbasov Dağıstana yola düşüb. O, Mahaçqalada keçirilən üç günlük «Dağıstan-yeni iqtisadi imkanlar» adlı forumda iştirak edəcək.



Məlumatı «Azadlıq» radiosunun müxbirinə Dağıstan Dövlət Şurası mətbuat xidmətinin rəhbəri Eduard Urazayev verdi. O, bildirdi ki, tədbirdə Almaniya, Çin, Ukrayna, Belorusiya, Türkiyə və başqa bir sıra ölkələrin nümayəndələri də iştirak edirlər.



Forumda beş dəyirmi masa təşkil edilib. Dəyirmi masalarda Dağıstanın kənd təsərrüfatı, sənaye və digər sahələrinə investisiya imkanları araşdırılır.



Cənab Urazayevin sözlərinə görə, tədbirlə bağlı Mahaçqalada ciddi təhlükəsizlik tədbirləri görülüb.