Dövlət orqanlarında 20 mindən artıq boş iş yeri var

Səs: Real audio
Bunun əsas səbəbi insanların rüşvətlə işə götürülməsidir «Azərbaycanın dövlət orqanlarında 20 mindən artıq boş iş yeri var». Bu fikri millət vəkili Mais Səfərli mayın 27-də Milli Məclisdə «Dövlət qulluqçularının etik davranış kodeksi» haqqında qanun layihəsi müzakirə edilərkən söylədi. Onun sözlərinə görə, bu qədər iş yerinin boş qalmasının əsas səbəbi ölkədə insanların rüşvətlə işə götürülməsidir.



«Trend» İnformasiya Agentliyinin baş direktoru, iqtisadçı İnqilab Əhmədov isə vakant iş yerlərinin ehtiyac duyulan və yaxud vaxtaşırı ixtisarlardan sonra yarandığının məlum olmadığını söyləyir.



Cənab Əhmədov bildirir ki, əgər hökumət Dünya Bankının bu isiqamətdə tövsiyə etdiyi prosedurlara dəqiq əməl etsəydi, dövlət qulluğunda daha yüksək ixtisaslı mütəxəssislər çalışardı. Həmin tövsiyələrdə məmurların işə götürülməsi, onların qiymətləndirilməsi, maaşlarının verilməsi və işdən çıxarılması qaydaları təfərrüratı ilə verilib.