Nazir jurnalisti döyən polislərin cəzalandırılacağını bildirir

Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub «Xüsusi geyimdə olan jurnalistə qarşı zoraklığa yol verilməsi Azərbaycan polisinin adına ləkə gətirir və belə şəxslər cəzalandırılacaq». Bunu mayın 30-da Daxili İşlər Nazirliyinin kollegiya iclasında nazir Ramil Usubov deyib.



Mayın 21-də birləşmiş müxalifətin sanksiyalaşdırılmamış yürüş-mitinqində polis zorakılığına məruz qaldığı söylənilən «Zerkalo» qəzetinin əməkdaşı Fərid Teymurxanlı Mətbuat Şurasının verdiyi üstündə «Press» yazılmış xüsusi gödəkçədə olub.



Mətbuat Şurasının sədri Əflatun Amaşov Fərid Teymurxanlıya zorakılıq etmiş polislərin cəzalandırılacağına əminliyini bildirir. O, insidenti araşdırmaq üçün DİN-lə birgə təhqiqat komissiyasının yaradılması istiqamətində iş aparıldığını da söyləyir.



Fərid Teymurxanlı özü isə «Azadlıq» radiosuna müsahibəsində həkimlərin onun beynində artıq maye, şişmə aşkar etdiyini deyir. O, səhhətində problemlərin qaldığını, baş ağrıları və urəkbulanmasından əziyyət çəkdiyini bildirir.



Jurnalist yaradılacaq komissiyanın işi nəticəsiz olacağı təqdirdə, onu döymüş polisləri şəxsən məhkəməyə verəcəyini bildirir.