Hər il Azərbaycanda 500 uşaq valideynləri tərəfindən atılır

Səs: Real audio
Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri xəbəri nə təsdiq, nə də təkzib edirlər İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiə günüdür.



Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda üç milyona yaxin uşaq var.



Hər il Azərbaycanda 500 uşaq valideynləri tərəfindən atılır. Onlar əsasən uşaq evlərində yerləşdirilir. Gənclər, İdman və Turizm Nazirliyi YUNİSEF-lə birlikdə atılmış uşaqlar üçün mərkəzlər açmağı planlaşdırır.



Azərbaycanda küçə uşaqlarının statistikası aparılmır. Bura işləyən uşaqlar da aiddir. Uşaq hüquqlarıyla məşğul olan qurumlar onların sayının 9-10 min arasında olduğunu deyirlər.



Bu gün uşaqlarla bağlı bir sıra tədbirlər həyata keçirilib.



Bir neçə təşkilat uşaq evləri və internat məktəblərinə baş çəkib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəssamlar İtiifaqı və Ombudsman Aparatı ilə birlikdə uşaqlarla bağlı sərgi açıb.



ABŞ-ın Uşaqların Xilası Təşkilatı Mingəçevir, Goranboy və Şüvəlanda uşaqların bayramını təbrik edib.



Beynəlxalq uşaq futbolu turnirinə start verilib.



Daun xəstəliyinə (inkişafdan qalma) tutulmuş uşaqları birləşdirən «Dəcəllər» teatrı isə həmyaşıdları üçün tamaşa göstərib.