Səs: Real audio
Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri xəbəri nə təsdiq, nə də təkzib edirlər “Ayna-Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, oliqarxların yox, siyasi mənsubiyyəti qeyri-dəqiq olan və mafioz qrupların, mövcud oliqarx-nazirlərin maraqlarını müdafiə edən şəxslərin parlamentə düşməsi təhlükəlidir.
Rauf Mirqədirov deyir ki, proporsional, partiya siyahısı üzrə seçki sistemi ləğv olunandan və eks-prezident Heydər Əliyevin vəfatından sonra hakimiyyət vahid mərkəzdən idarə olunmur. Bu baxımdan, nəinki bir sıra nazirliklər arasında, hətta bəzi nazirliklərin öz daxilində ciddi rəqabət gedir.
Amma Ana Vətən partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, indiki məqamda Azərbaycanda belə bir təhlükə yoxdur. Digər tərəfdən, bu cür təhlükənin qarşısını almaq üçün o, Seçki Məcəlləsinə müvafiq əlavə müddəaların salınmasını təklif edir.
Müsavat partiyası başqanının müavini Arif Hacılı isə bildirir ki, əgər qanuni yollarla varlanan adamlar xalqın səsini qazanıb parlamentə düşəcəksə, o, buna müsbət yanaşır.
“Ayna-Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirova görə isə, əsas problem də oliqarxların əksəriyyətinin hakimiyyətə yaxın şəxslər olmasıdır. Amma bununla belə, xaricdə pul qazanmış, biznes qurmuş azərbaycanlıların da seçkilərə qoşulmasında Rauf Mirqədirov elə bir qəbahət görmür.
Onun qənaətincə, əsas təhlükə parlamentə seçiləcək şəxslərin bir-birilə çəkişmələrdə olan nazir-oliqarxları təmsil etməsidir. Belə olan halda parlamentdə həmin nazir-oliqarxlara dəstək verəcək qruplar yaranacaq ki, bu da hakimiyyətə yaxşı heç nə vəd etmir.