Gürcüstan Azərbaycandan 3 milyard kub metr qaz almaq istəyir

Səs: Real audio
Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri xəbəri nə təsdiq, nə də təkzib edirlər - Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin sözlərinə görə, Gürcüstan Azərbaycandan ildə 3 milyard kub metrə qədər qaz almaq istəyir. O bildirib ki, hazırda qonşu ölkənin təklifi nəzərdən keçirilir. Lakin bu ölkəyə yalnız “Şah Dəniz” yatağının ikinci mərhələsinin işlənməsi zamanı qaz göndərmək mümkündür. Bu yatağın birinci mərhələsindən əldə olunacaq qaz artıq paylanıb və Gürcustan birinci mərhələdə yalnız 500 milyon kub metr qaz ala bilər.



- Baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti isə iyunun 3-də MDB hökumət başçılarının Tbilisidə keçirilən toplantısında iştirak edəcək. Bu barədə «Turan»a diplomatik mənbələrdən məlumat verilib.



- İqtisadi İnkişaf Nazirliyindən “AzərTac” agentliyinə bildiriblər ki, fransalı iş adamları ikitərəfli iqtisadi forumda iştirak etmək üçün iyunun 22-24-də Bakıya səfərə gələcəklər. Forumda Fransanın 30-dan çox, Azərbaycanın isə 80-ə yaxın iş adamının iştirakı gözlənilir.



- Milli Bankın iyunun 1-ə olan valyuta məzənnələrinə əsasən, 1 ABŞ dolları 4756 manat, 1 evro 5860 manat, 1 Rusiya rublu 167 manatdır.