FTB E. Hüseynovun qətli ilə bağlı müayinələrin nəticələrini təqdim edib

Səs: Real audio
Seçki Məcəlləsi ilə bağlı layihəyə Avropa Şurası Parlament Assamleyası qiymət verəcək Ölkə prokurorluğu və MTN-in birgə məlumatında bildirilir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı «Monitor»un redaktoru Elmar Hüseynovun qətli ilə bağlı müayinələrin nəticələrini MTN-ə təqdim edib.



FTB əməkdaşı hadisə ilə bağlı bu ilin mart ayında Bakıda olmuşdu. Ona Elmar Hüseynov qətlə yetirilən gecə hadisə yerinin yaxınlığından tapılan toxunma papaq və qətl yerinin maketi təqdim olunmuşdu.



Məlumatda bildirilir ki, əşyalar FTB-nin Sübutların Yoxlanma Bölməsində müayinə edilib. Onun üzərindən qafqazlı şəxsə məxsus saç tükləri və müxtəlif cür tekstil saplar aşkarlanıb. Əşyalar müqayisəli ekspertiza üçün yararlı sayılıb. Amerikalı eskpertlər hesab edirlər ki, papağı geyindiyi ehtimal olunan şəxs tutulanda əşyanın ona aid olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq.



Elmar Hüseynov martın 2-də yaşadığı binanın həyətində odlu silahdan

açılan atəşlə qətlə yetirilib.