Qasırğa Goranboyun 12 kəndinə ziyan vurub

Səs: Real audio
Rusiyadakı Azərbaycan səfirliyi Vahid Naibov adlı əməkdaşının olmadığını bildirir Qasırğa Goranboyun 12 kəndinə ziyan vurub. İyunun 5-də gecə saatlarında başlayan və səhərə qədər davam edən qasırğa nəticəsində ağaclar kökündən çıxıb, elektrik dirəkləri aşıb, bəzi icra nümayəndəlikləri və orta məktəblərin binasına zərər dəyib.



Külək evlərin dam örtüyünü dağıdıb.



Qasırğa nəticəsində kəndlərin işıq və telefon xətləri sıradan çıxıb.



Goranboy İcra Hakimiyyətinin əməkdaşı Kənan Əsgərovun verdiyi məlumata görə, artıq elektrik və telefon xətlərinin bərpasına başlanılıb.



Rayona nə qədər maddi ziyanın dəydiyi isə hələlik məlum deyil. Rayon rəhbərliyi dəyən ziyanın hesablanması üçün Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına müraciət edib.