Media həm seçkiyə qatıla, həm də seçkini obyektiv işıqlandıra bilərmi?

Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır “Müstəqil Media–2005” seçki bloku ilə “İctimai Liderlər” bloku əməkdaşlıq sazişi imzaladılar.



Bu bloklardan hər ikisi seçkilərin demokratik keçirilməsinə ictimai nəzarət funksiyasına iddialıdır.



Amma eyni zamanda hər iki blok parlament seçkilərinə namizədlər irəli sürəcəyini və ayrı-ayrı namizədləri dəstəkləyəcəyini bəyan edir.



“Müstəqil Media-2005” blokunda “525-ci qəzet”, “Ədalət”, “Üç Nöqtə”, “Şərq”, “Təzadlar”, “Olaylar” qəzeti və eyni adlı informasiya agentliyinin baş redaktorları birləşirlər.



Verilişimizin sualı:



Seçkilərdə həm maraqlı tərəf olmaq və eyni vaxtda ona ictimai nəzarəti təmin etmək mümkündürmü?



Media həm seçkiyə qatıla, həm də seçkini obyektiv işıqlandıra bilərmi?




Bu qaranlıq görsənən suallara işıq salmaq üçün verilişimizdə iki qonaq iştirak edir. “Müstəqil Media-2005” blokunun üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid verilişimizə Bakıdan telefonla bağlanır.



Paris Universitetinin informasiya və kommunikasiya fakültəsində Azərbaycan mediası üzrə araşdırmalar aparan Kəmalə Muradova isə verilişimizə Fransa paytaxtından bağlanır.



Daha ətraflı Audio hissədə