Vaqif Sadıqov yığmanın müvəqqəti baş məşqçisi oldu

Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın Azərbaycanın futbol üzrə əsas yığmasının baş məşqçiliyi Vaqif Sadıqova həvalə edilib.



Bu qərar iyunun 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) aparılan müzakirələrdən sonra qəbul edilib.



AFFA-nın vitse-prezidenti Rauf Əliyevin bildirdiyinə görə, V.Sadıqov millini dünya çempionatının son üç oyununa çıxaracaq: «Seçmə mərhələ başa çatdıqdan sonra isə yenidən baş məşqçilik məsələləsi müzakirə olunacaq».



Vaqif Sadıqov isə müzakirələrdə iştirak etməsə də, qurumun qərarı ilə razıdır. O, etimadı doğrultmağa çalışacağını bildirir.



AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov təyinata normal yanaşır. Ancaq müzakirələri yarımçıq tərk etməsini qurum rəhbərliyi ilə aralarında yaranmış narazılıqla əlaqələndirir.



Vaqif Sadıqov hazırda Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisidir.



O, əvvələr də əsas yığmanın baş məşqçisi olub.



İyunun 7-də braziliyalı Karlos Alberto Torres istefaya göndərildikdən sonra bu post boş qalmışdı.