Hökumət və hüquq müdafiəçiləri memorandum imzaladı

Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın İyunun 11-də Azərbaycan hökuməti ilə bir sıra hüquq müdafiə təşkilatları arasında memorandum imzalanıb.



Demokratiyanın İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Fondunun sədri Murad Sadəddinov deyir ki, siyasi məhbus məsələsi ilə bundan sonra hansısa ayrıca təşkilat deyil, memoranduma imza atan hökumət və hüquq müdafiə təşkilatları məşğul olacaq.



“Bundan sonra bu məsələni burada həll edib başa çatdıracağıq ki, bunun Avropa səviyyəsində müzakirəsinə artıq ehtiyac olmasın”.



Murad Sadəddinovun sözlərinə görə, həm İnsan Hüquqları Federasiyasının hazırladığı 107 nəfərlik, həm də İnsan Hüquqları Monitorinq Qrupunun 41 nəfərlik siyasi məhbus siyahısı birgə komissiya tərəfindən yoxlanılıb. Hər iki siyahıda bəzi məhbusların artıq azadlıqda olduğu aşkar edilib.