ATƏT-in seçkilərdə fəallığı nə ilə bağlıdır?

Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın «Panorama»nın bu bazar qonağı Qeyri-Hökumət Təşkilatları Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlidir.



Ötən verilişlərimizdə olduğu kimi söhbətdə «Xalq qəzeti»nin əməkdaşı Qalib Ariflə «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu da iştirak edir.



Söhbətdə əsasən bu həftə Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Tələbatları Qiymətləndirmə Missiyasının fəaliyyətinə toxunulur.



Anar Məmmədli deyir ki, ATƏT seçkilərin demokratik keçirilməsində maraqlı olan ölkələrə daha çox müşahidəçilər göndərir. Bu qurumun Ukraynada keçirilən son prezident seçkilərində fəallığı da məhz bu amillə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti seçkilərin şəffaf şəkildə keçirilməsində maraqlı olmadığından, beynəlxalq təşkilatlarla münasibətlərdə bir qayda olaraq problemlər yaranır. Nəticədə beynəlxalq təşkilatlar Azərbaycanda gedən demokratikləşmə prosesinə o qədər də inamlı yanaşmırlar.



Anar Məmmədli müqayisə üçün deyir ki, ATƏT hər iki ölkədə keçirilən son prezident seçkiləri zamanı Azərbaycana nisbətən Ukraynaya daha çox müşahidəçi göndərmişdi.



Daha ətraflı Audio hissədə