Azərbaycanda rep məktəbinin yaradılmasına ehtiyac varmı?

Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır Bu barədə “Space” telekanalının təşkil etdiyi “Mən də varam” rep müsabiqəsinin iştirakçısı Kölgə və Tural Əliyevin debatını dinləyək.



Kölgə: Rep məktəbi bizə lazımdır. Mən artıq neçə ildir ki, bu sənətlə məşğul oluram və bəhrəsini də görürəm. İstərdim ki, bu mənəvi qidanı hər bir azərbaycanlı gənc hiss etsin.



Tural Əliyev: Mən düşünmürəm ki, rep məktəbi bizə lazımdır. Rep daimi bir sənət deyil və ona görə də daimi rep məktəbinin yaradılmasına ehtiyac yoxdur. Rep yalnız müəyyən yaş dövrü üçündür.



- Baxır kimin üçün daimi deyil. Əgər onunla professional şəkildə məşğul olursansa və onu öz həyat tərzinə çevirirsənsə, onda rep sənə həmişə lazımdır. Biz gənclərlə və reperlərlə birlikdə çalışacağıq ki, İncəsənət İnstitutunda rep fakültəsinin açılmasına nail olaq.



- Azərbaycanda belə bir fakültənin yaradılmasına ehtiyac yoxdur. Ən azından ona görə ki, repin özündə bizim mentalitetə, milli mənəviyyatımıza uyğun olmayan məqamlar var. Bunlardan biri də söyüşlərdir. Odur ki, rep bir məktəb olaraq “şagirdlərinə” heç bir örnək verə bilməz və bizdə belə məktəbin yaradılmasına lüzum yoxdur.