Səs: Real audio
Meriya aksiyaçıların qarşısında dövlət əleyhinə şüarlar səsləndirməmək şərti qoyub ATƏT-in Bakı Ofisi «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan layihəni alqışlayır.
Bunu ATƏT-in Bakı Ofisinin rəhbər müavini Robin Sivord iyunun 16-da Bakıda başlayan «Vəkillik: beynəlxalq standartlar və reallıqlar» adlı konfransda dedi.
Layihəyə görə, qanunda nəzərdə tutulan dəyişikliklərdən biri ikinci instansiya məhkəmədə vəkil kimi çıxış etmək üçün əlavə imtahan vermək müddəasının ləğv edilməsidir.
Cənab Sivord Azərbaycanda vəkillik fəaliyyətilə bağlı xeyli problemlərin olmasını ölkənin inkişafda olması ilə əlaqaləndirdi.
Vəkillər Kollegiyasının (VK) fəaliyyətilə bağlı iradlara gəlincə, o, hər bir ölkədə nöqsanlar tapmağın mümkün ollduğunu bildirdi. «Azərbaycanda əsas məsələ reallıqları nəzərə alaraq çevik olmaq və problemləri həll etmək üçün iradə göstərməkdir» - deyə, o, söylədi.
VK-nın sədri Azər Tağıyev isə qurumla bağlı iradları ölkədə hüquqşünasların çoxluğu və bəzi şəxslərin vəkil adından sui-istifadə etməsilə izah eddi.
Bu il mayın 18-də Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutunun dəstəyi ilə Bakıda keçirilən forumda Azərbaycanda vəkilliyin inkişafıyla bağlı tövsiyələr qəbul olunub. Həmin tövsiyələrdə qeyd olunur ki, Azərbaycanda vəkillik acınacaqlı vəziyyətə salınıb. Dünya standartlarına görə, hər 1.500-2.000 nəfərə bir vəkil düşür: «Azərbaycanda isə hər 17 min nəfərə bir vəkil düşür. Ölkədə elə rayonlar var ki, orada bir nəfər də olsun vəkil yoxdur və s.»
Tövsiyələrdə o da deyilir ki, VK-nın 2004-cü ilin noyabrın 3-4-də keçirilən təsis yığıncağı kobud qanun pozuntularıyla müşayiət olunub.