Səs: Real audio
Blok parlament binası qarşısında piket keçirməyi planlaşdırır «Azadlıq» seçki bloku seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı Avropa Şurası Parlament Assambleyasına müraciət edib. Müraciət müəllifləri hesab edirlər ki, Assambleya Azərbaycan ictimaiyyətinin seçki komissiyaları ilə bağlı narahatlığını nəzərə alaraq yay sessiyasında bu haqda aydın və birmənalı siyasi iradə nümayiş etdirəcək, Venesiya Komissiyasının tövsiyələrini müdafiə edəcək.
Bloka daxil olan AXCP-nin sədr müavini Fuad Mustafayev deyir ki, bu müraciətlə onlar həyəcan təbili çalmaq niyyətindədirlər: «Nə qədər ki, gec deyil beynəlxalq təşkilatların iqtidara təyziq göstərməsinə çalışırıq».
AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Azərbaycana sanksiya tətbiq olunması və ya ona təzyiq göstərilməsi ilə bağlı müraciətin tərəfdarı deyil. Onun qənaətincə, bu, ölkənin imicinə xələl gətirir. Cənab Seyidov hesab edir ki, bütün problemlər Azərbaycanda, ölkəiçində həll olunmalıdır. Necə ki, siyasi məhbus məsələsi ilə bağlı tərəflər sənəd imzaladılar, eləcə də başqa məsələlərlə bağlı razılığa gəlmək mümkündür.
«Azadlıq» seçki bloku Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirə olunacağı gün parlament binası qarşısında piket keçirməyi də planlaşdırır.