Nazir “kölgə iqtisadiyyatı”nın 5-10 faiz olduğunu bildirir

Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar - Azərbaycanda turizmin inkişafı haqqında baş planın 2 aydan sonra hazırlanması nəzərdə tutulur. “Trend” agentliyinin məlumatına görə, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev planı sentyabrda hökumətə təqdim edəcəklərini deyib. Planın hazırlanmasını ABŞ Dövlət Departamentinin Ticarətin İnkişafı Agentliyi maliyyələşdirir. Agentliyin maliyyələşdirdiyi digər proqram isə artıq başa çatdırılıb. Azərbaycanda bir neçə ay işləyən Amerika ekspertləri ölkənin investisiya imkanları haqqında hesabat hazırlayıblar.



- Ukrayna Azərbaycana aviatikinti sahəsində əməkdaşlıq təklif edib. “France Press” agentliyinin məlumatına görə, Ukrayna prezidenti Viktor Yuşenko Azərbaycanla aviatikinti sahəsində birgə işlərin görülə biləcəyini deyib. Bu təklif Kiyevdə “mini-Davos” adlanan beynəlxalq iqtisadi forumda iştirak edən prezident İlham Əliyevə də çatdırılıb.



- Vergilər naziri Azərbaycanda “kölgə iqtisadiyyatı”nın ümumi daxili məhsulun 5-10 faizindən çox olmadığını deyir. “Turan” agentliyinin məlumatına görə, vergilər naziri Fazil Məmmədov “gizli iqtisadiyyat”ın payının cüzi olduğunu bildirib. Onun sözlərinə görə, bu il ərzində müəssisələrdə aparılan 4 minə yaxın yoxlamaların 98 faizində çatışmazlıqlar müəyyən olunub. Nazir Fazil Məmmədovun sözlərinə görə, artıq faktlarla bağlı 78 cinayət işi qaldırılıb.



- İndi də valyuta məzənnələrinə nəzər salaq. Milli Bankdan aldığımız məlumata görə. 1 ABŞ dolları 4731 manat, 1 avro 5727 manat, 1 Rusiya rublu isə 165 manatdır.