Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” ATƏT-in Minsk Qrupu həmsədrləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Xüsusi Komitəsinın növbəti iclasına dəvət ediləcək. Bu, komitənın iyunun 23-də Starsburqda keçirilən ilk yığıncağında qərara alınıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, komitə Minsk Qrupuna daxil olan dövlətlərin münaqişə ilə bağlı fəaliyyətini də öyrənəcək.
Cənab Seyidov hesab edir ki, Dağlıq Qarabağ problemi həllini tapanadək qurum bu məsələ ilə məşğul olmalıdır. Onun sözlərinə görə, komitənin ilk iclası daha çox təşkilati məsələlərə, qurumun fəaliyyətini necə qurmasına həsr edilib.
AŞPA-nın Dağlıq Qarabağ üzrə Xüsusi Komitəsinin növbəti iclasının bu il sentyabrın 12-də Parisdə keçirilməsi nəzərdə tutulur.