Dəbdən geri qalma, amma mentaliteti də unutma

Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir Hər mövsümün öz dəbi var və çoxları bu dəbdən geri qalmaq istəmirlər.



Modelyer İradə Qurbanova deyir ki, dəbdən danışarkən rənglərdən başlamaq lazımdır. Bu yay daha çox əlvan rənglər dəbdədir. Qadınlar əlvan rəngli paltarlar, uzun yubkalar geyinsələr dəbdən geri qalmazlar.



- Qadınlar üçün müxtəlif biçimli paltarlar, sarafanlar, yubkalar daha çox dəbdədir. Ötən illərə nisbətən şalvarlar və şortlar arxa plana keçib. Hazırda “qaraçı” stili dəbdədir.



Bu mövsüm əlvan rənglər kişi geyimlərindən də yan keçməyib. İradə Qurbanova deyir ki, ötən illərin klassik kişi geyimlərini bu yay rəngarəng köynəklər əvəzləyib.



- Kişi geyimlərində əvvəllər daha çox konservatizm hökm sürürdü. Bu ilin yay kolleksiyalarına baxsaq, pencəklərin, yay köynəklərinin rəngindən tutmuş formasına qədər dəyişdiyini görərik. Hətta klassik kostyumlar belə tutqun rəngdə deyil. Əlvan rənglər burada da özünü göstərir.



İradə Qurbanovanın sözlərinə görə, bu yay nəinki Azərbaycanda, o cümlədən Avropada qadın çanta və ayaqqabılarında şərq tendensiyası özünü göstərir. Belə ki, əl işləmələri ilə zəngin çanta və ayaqqabılara daha çox üstünlük verilir. Bəzək əşyalarına gəlincə isə, modelyer bu mövsüm bijuteriyaların dəbdə olduğunu deyir.



- Yay fəslində bijuteriyalara üstünlük verilir. Al-əlvan rəngli geyimə uyğun bilərziklər, üzüklər, sırğalar dəbdədir. Çox bəzəkli geyimlə sadə bijuteriyalar, yaxud sadə geyimlə bir qədər qabarıq bijuteriyalar taxmaq olar.



Gəncləri dəbdən geri qalmamağa çağıran İradə Qurbanovanın onlara başqa tövsiyələri də var.



- Gənclərə məsləhət görərdim ki, həm mentaliteti nəzərə alsınlar, həm də dəbdən geri qalmasınlar.