Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir Azərbaycanda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın səfərindən hamı eyni şeyi gözləmir. Bir qisim müşahidəçilər hesab edirlər ki, o, Azərbaycanda demokratiya çağırışları edəcək. Başqa qisim isə bu gözləntini əbəs sayır.
Müsavat başqanının müavini Qabil Hüseynli deyir ki, cənab Ərdoğanın ABŞ-a səfərindən sonra Türkiyə Birləşmiş Ştatların “Genişlənmiş Yaxın Şərq” proqramına dəstək vermək qərarına gəlib. Qabil Hüseynli hesab edir ki, Azərbaycan və Mərkəzi Asiyada demokratikləşmə prosesi həmin proqramın tərkib hissəsidir.
Müsavat başqanı müavinin deməsinə görə, əvvəllər Türkiyə ilə Azərbaycanın əlaqələrində dövlət başçıları – Heydər Əliyev və Süleyman Dəmirəlin şəxsi münasibətləri başlıca rol oynayıb. Ona görə də Azərbaycanda demokratiya və insan haqlarının pozulması Türkiyəni bir elə də narahat etməyib.
Qabil Hüseynli hesab edir ki, cənab Ərdoğanın Azərbaycana səfərində bu iki ölkənin münasibətlərində çox ciddi yenliklər üzə çıxacaq.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə deyir ki, Türkiyə ilə Azərbaycanın ənənəvi münasibətlərində kardinal dəyişiklik baş verməyəcək.
“Yəqin ki, Azərbaycan Avropa Birliyi yolunda olan Türkiyəni, Türkiyə isə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəyini bir daha bəyan edəcək. Bu səfər iki ölkə arasında mövcud münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək”.
Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində Azərbaycandakı türk iş adamları ilə görüşü də gözlənilir.
Türk İş Adamları Birliyinin baş katibi Kenan Sağlıklı deyir ki, Türkiyədən Azərbaycana gətirilən mallara MDB ölkələri ilə müqayisədə daha çox nəqliyyat xərcləri qoyulur. Bu da Azərbaycandakı türk iş adamları üçün müəyyən sıxıntılar yaradır. Kenan Sağlıklının sözlərinə görə, onlar cənab Ərdoğanla görüşdə bu məsələni qaldırmaq niyyətindədirlər.
Azərbaycanda təqribən 300-ə yaxın türk şirkəti fəaliyyət göstərir. Onlar indəyə qədər Azərbaycanda üç milyard dollara yaxın sərmayə qoyublar. Kənan Sağlıklı deyir ki, əgər nəqliyyat xərcləri azalarsa, bu rəqəm qat-qat arta bilər.
Onun sözlərinə görə, Azərbaycandakı türk şirkətlərində 50 minə qədər yerli vətəndaş çalışır. Türk şirkətlərinin burada sərmayəni artırması Azərbaycan vətəndaşlarına da ancaq xeyir gətirə bilər.
İqtisadçı Azər Mehdiyev isə deyir ki, Azərbaycanla Rusiya arasında nəqliyyat xərclərini hökumətlərarası saziş tənzimləyir. Türkiyə ilə belə bir saziş imzalanmadığından nəqliyyat xərcləri Azərbaycanın başqa qonşuları ilə müqayisədə bir qədər çoxdur. Azər Mehdiyev hesab edir ki, Türkiyə və Azərbaycan arasında da nəqliyyat xərclərinin aşağı salınması ilə bağlı hökumətlərarası sazişə ehtiyac var.
Ancaq Azərbaycanda çalışan türk iş adamlarının problemləri təkcə nəqliyyat xərclərinin artıq olmasından ibarət deyil.
Azər Mehdiyevin sözlərinə görə, Azərbaycanda xarici sərmayə üçün hələ əlverişli şərait mövcud deyil. Bundan heç şübhəsiz ki, türk iş adamları da narazıdır. Üstəlik, bir sıra türk şirkətləri neft sənayesində bəzi quru yataqları əldə etmək istəyir. Ancaq həmin şirkətlərin bu istəqamətdə təşəbbüsləri indiyədək nəticə verməyib. Azər Mehdiyev ehtimal edir ki, cənab Ərdoğanla görüşdə bu məsələ də gündəliyə gətirliə bilər.