Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir Ötən seçkilərdən fərqli olaraq müxalifət liderlərinin xarici ölkələrə səfərləri, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşləri ekspertlər tərəfindən birmənalı qarşılanmır.
“Turan” informasiya agentliyinin eksperti Zəfər Quliyev deyir ki, əvvəlki illərdə bu sahədə zəiflik müşahidə olunurdusa, indi müxalifət liderləri beynəlxalq təşkilatlarla, xarici ölkələrin rəsmi dairələri ilə daha ciddi əməkdaşlığa üstünlük verirlər. Amma ekspert bunu təkcə müxalifətin təşəbbüsü kimi yox, həm də xarici ölkələrin, beynəlxalq qurumların Azərbaycandakı seçkilərə olan marağıyla əlaqələndirir.
İnqilab barədə danışmağın hələ tez olduğunu deyən cənab Quliyev hesab edir ki, beynəlxalq təşkilatlar və xarici ölkələrin müxalifət liderlərini səfərlərə dəvət etməsi ilk növbədə seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq istəyindən irəli gəlir. Bu, demokratik seçki keçirmək istəməyən Azərbaycan hakimiyyətinə beynəlxalq qurumların təzyiqidir. Və həmin təzyiqin arxasında “inqilab da ola bilər” kimi xəbərdarlıq da var.
Bu il xarici ölkələrə etdiyi səfərləri parlament seçkilərinə beynəlxalq diqqətin yönəldilməsi baxımından səmərəli sayan Müsavat patiyasının başqanı İsa Qəmbər hesab edir ki, bu diqqət günü-gündən daha aydın görünəcək.
Amma politoloq Həsən Bayramov bu səfərlərlə müxalifətin nəyəsə nail olacağına inanmır. O, hesab edir ki, bu səfərlər müxalifətin özünə siyasi dəstək axtarmasından başqa bir şey deyil.