Səs: Real audio
Robin Sivord: «Dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik» - Neftin qiyməti 60 dolları keçməsə, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) istehsalı artırmayacaq.
“Financial Times” qəzetinin məlumatına görə, xam neftin hər barelinin qiyməti 60 dollardan yuxarı olarsa, OPEK toplantı çağıracaq. Hələliksə 1 barel “qara qızıl” 55 dollar 70 sentə yaxındır.
- Gürcüstan Azərbaycana 100 meqavatt elektrik enerjisi satmaq istəyir. “Turan” agentliyinin Nazirlər Kabinetinə istinadən yaydığı məlumatda belə deyilir.
Amma “Azərenerji” Səhmdar Cəmiyyəti enerjinin alınmasına etiraz edir. Çünki, Gürcüstan ilk növbədə Azərbaycana borclu olduğu 32 milyard kilovatt enerjini qaytarmalıdır. Yalnız bundan sonra enerjinin pulla alınmasına baxıla bilər.
Gürcüstanın yanacaq və energetika nazirinin müavini İsaq Novruzovun verdiyi məlumata görə, 90-cı illərin əvvəlindən yığılıb qalan borcun bu il ərzində ödənilməsi nəzərdə tutulub.
- Milli Bankdan aldığımız məlumata görə, dolların məzənnəsi dəyişməz qalıb –4707 manat. 1 avro 5688 manat, 1 rubl isə 164 manatdır.