Beynəlxalq Böhran Qrupu növbəti hesabatını yayıb

Səs: Real audio
70-ə yaxın müxalifətçinin Sabirabad rayon Polis Şöbəsində saxlandığı bildirilir Beynəlxalq Böhran Qrupunun yaydığı növbəti aylıq hesabatın Azərbaycana aid hissəsində deyilir ki, «Azadlıq» seçki blokunun 18 iyun yürüş-mitinqində 15.000-18.000 adam iştirak edib. Onlar narıncı geyimdə olub, əllərində qərənfil tutaraq azad və ədalətli seçki tələbləri səsləndiriblər. İyunun 15-də isə hakim Yeni Azərbaycan Partiyası yürüş-mitinq keçirib.



Hesabatda yazılır ki, Avropa Şurası və ATƏT iyunun 14-də birgə bəyanat yayaraq hökumətin Seçki Məcəlləsinə mühüm dəyişikliklər etməməsindən təəssüfünü bildirib.



Sənədin Dağlıq Qarabağ münaqişəsinə aid hissəsində isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iyunun 17-18-də Parisdə keçirdiyi görüşdən bəhs olunur. «Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan deyib ki, bir ay bundan əvvəl ik ölkə prezidentinin Varşavada əldə etdiyini irəli aparmaq mümkün olmayıb» -deyə, hesabatda vurğulanır.