Siyasi məhbusların vahid siyahısı hazırlanacaq

Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir Azərbaycanda siyasi məhbusların vahid siyahısı hazırlanacaq. Siyasi Məhbuslar üzrə İşçi Qrupunun növbəti iclasınadək, yəni iyulun 22-dək həmin siyahı tamamlanacaq. Bu barədə “Azadlıq” radiosuna qrupun iyulun 8-də keçirilən iclasından sonra hüquq müdafiəçisi Murad Sadəddinov məlumat verib. Cənab Sadəddinov deyir ki, o, iclasda ümumi amnistiya layihəsi təqdim edib. Layihənin bir bəndi axtarışda olan insanlara şamil olunacaq.



İyulun 8-də İşçi Qrupuna Daxili İşlər, Ədliyyə nazirliklərindən və Respublika Prokurorluğundan da nümayəndələr daxil olub. M.Sadəddinov bunu insan haqlarıyla bağlı problemlərin operativ həlli zərurətiylə izah edir.



Hüquq müdafiəçisi Səidə Qocamanlı isə 1993-cü il Gəncə, 1995-ci il “XTPD” və 2003-cü il oktyabr hadisələrində iştirak edənlərin amnistiyaya düşə biləcəyini deyir.



İyunun 11-də Azərbaycan hökuməti ilə bir sıra hüquq müdafiə təşkilatları arasında siyasi məhbuslarla bağlı memorandum imzalanıb. Həmin vaxt yaradılmış Siyasi Məhbuslar üzrə İşçi Qrupuna hüquq müdafiəçiləri və hökumət nümayəndələri daxil olublar.