Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir - “European Tobacco-Baku” tütün şirkəti siqaretlərə tətbiq olunan aksiz dərəcələrini azaltmaq barədə Nazirlər Kabinetinə müraciət edib.
“Turan” agentliyinin məlumatına görə, dərəcələrin 22 faizdən 12 faizə endirilməsi təklif olunur. “European Tobacco-Baku” şirkəti indiki aksiz dərəcələri ilə hazır məhsulun 15 faiz bahalaşdığını bildirir.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda istifadə olunan siqaretlərin həcmi ötən ilə nisbətən 5 dəfə artıb. Bu ilin təkcə 5 ayı ərzində Azərbaycana 2 milyard 150 milyon qutu siqaret gətirilib.
- Nazirlər Kabineti “Kənd təsərrüfatının inkişafı” proqramının bundan sonra necə maliyyələşəcəyini yaxın vaxtlarda həll edəcək.
“Turan” informasiya agentliyinin məlumatına görə, bu ilin iyun ayından proqram üzrə maliyyələşmə dayandırılıb. Proqram direktoru Famil Mehtiyev deyir ki, proqramın idarəolunması Azərbaycan Kredit İttifaqları Assosiasiyasına verilə bilər. Amma Famil Mehtiyev Nazirlər Kabinetinin başqa qərar çıxaracağını da istisna etmir.
- Pakistanın iş adamları tibb sahəsinə sərmayə yatırmağa hazırlaşırlar. “Azərtac” agentliyinin məlumatına görə, Azərbaycandakı vəziyyəti öyrənmək məqsədilə 22 nəfər biznesmen iyulun 11-dən 14-dək Bakıda olacaqlar. Bu qrupa tibb işçiləri, dərman istehsalçıları və ticarətçilər daxildir.
- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4704 manat, avro 5615 manat, rubl isə 163 manatdır.