Siyasi debatlar Azərbaycana ayaq açacaqmı?

Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir Verişimizin qonaqları:



- ABŞ-ın “Pablik Konverseyşn Procekt” adlı qeyri-hökumət təşkilatının maliyyələşdirdiyi “Azərbaycanda dialoq” layihəsinin təşəbbüskarı Vüqar Məmmədov;



- Mətbuat Şurasının üzvü, media üzrə mütəxəssis Zeynal Məmmədli.



Keçmiş Sovet məkanının siyasi debatlar haqqında yalnız Birləşmiş Ştatlarda prezident seçkiləri zamanı xəbər tutması dövrü artıq arxada qalıb.



Amma siyasi debat mədəniyyəti formalaşıbmı? Formalaşıbsa, mediada gərəyincə işıqlandırılırmı?



Noyabrda parlament seçkiləridir. Azərbaycan hökuməti bu il seçki praktikasını təkmilləşdirməyə söz verib. Rəsmilər dəfələrlə ölkədə seçkiqabağı debatların olduğunu bildiriblər. Amma Avropa Şurasının son məruzəsindəki dəyərləndirmələr tamam başqa şey deyir və hakimiyyəti seçkiqabağı debatların keçirilməsinə çağırır.



Avropa Şurasının məruzəçisi Andres Herkel bu həftə Bakıdakı mətbuat konfransında Azərbaycanda teledebatların olacağı sarıdan narahatlığını bildirib.



“Başqa bir narahatlıq media barədədir. İctimai TV-nin yaradılması yenidən ləngidilir. O, kağız üzərində mövcuddur. Bu vəziyyətdə seçkilərdən qabaq siyasi debatlarların necə keçiriləcəyindən çox narahatıq”.



Daha ətraflı Audio hissədə