İqtidaryönlü partiyalar «Reforma» seçki bloku yaradacaq

Səs: Real audio
«YeS» rəsmən elan olundu İyulun 13-də «Yeni Siyasət» («YeS») seçki bloku rəsmən elan olunub. Bloku Sosial Demokrat, Milli İstiqlal və Milli Hərəkat partiyaları təsis edib. «YeS»in səlahiyyətli nümayəndələri və Mərkəzi Seçki Komissiyasındakı təmsilçisi də müəyyənləşdirilib.



Bu arada isə iqtidaryönlü partiyaların «Reforma» adlı seçki bloku yaradacağı bəlli olub. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov deyir ki, məqsəd parlament seçkiləri ərəfəsində iqtidaryönlü partiyaların birliyini möhkəmləndirməkdir.



«Reforma»ya Demokratik Azərbaycan Dünyası, Demokratik Maarifləndirmə, Respublikaçılar və Azad Respublikaçılar partiyaları daxildir. Məlumatı «Assa-İradə» Agentliyi yayıb.